Coşqundan məhsuldar ötürmə, komandasından heç-heçə
14.01.2024 - 23:57

Türkiyə 1-ci liqasında 18-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, yığmamızın yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi "Ümraniyəspor" "Gənclərbirliyi" ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Millimizin futbolçusu meydana start heyətdə çıxıb və sonadək oynayıb. O, komandasının yeganə qolunda assist müəllifi olub.
Qeyd edək ki, "Ümraniyəspor" 23 xalla 9-cu pillədə qərarlaşıb.
0
0