Millimizin rəqibləri bəlli oldu
16.09.2024 - 20:55

Çimərlik futbolu üzrə Azərbaycan yığmasının 2025-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki rəqibləri məlum olub.
Apasport.az xəbər verir ki, millimiz A qrupunda yarışacaq.
Komandamızın rəqibləri İspaniya, İngiltərə və Gürcüstan olacaq. Seçmə mərhələsində 24 yığma 4 vəsiqə uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, qrup oyunlarına İspaniyanın Kadis şəhəri evsahibliyi edəcək.
0
0