Ruslan Voronsov “Qəbələ”də
04.09.2024 - 21:26

I Liqa təmsilçisi "Qəbələ" daha bir futbolçunun keçidini reallaşdırıb.
Apasport.az xəbər verir ki, "qırmızı-qaralar" Ruslan Voronsovu heyətinə qatıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb. 28 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ruslan bunadək “Simurq”, “Ağsu”, “Şəmkir”, “Zaqatala”, “Mingəçevir” “Qaradağ Lökbatan”, MOİK, “Karvan”, "Cəbrayıl", Şimali Kiprdə “Larnaka Gənclərbirliyi” klublarında forma geyinib.
0
0