Vüsal oynadı, komandası heç-heçə etdi
13.01.2024 - 19:26

Türkiyə 1-ci liqasında 18-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" "Adanaspor"un qonağı olub.
Həmyerlimiz görüşə start heyətində çıxıb və 82 dəqiqə oynayıb. Vüsalın debüt etdiyi matçda "Boluspor" 1 xal qazanıb - 1:1.
Qeyd edək ki, "Boluspor" 23 xalla 9-cu pillədə qərarlaşıb.
0
0