"Sabah" və NTD-İNDİQO-dan qələbə
02.03.2024 - 23:27

Basketbol üzrə Azərbaycan kubokunda B qrupunda 2-ci turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, günün ilk qarşılaşmasında "Sabah" "Şəki" ilə qarşılaşıb.
Oyun çempionun 103:82 hesablı qələbəsi ilə nəticələnib. Digər matçda NTD-İNDİQO "Sərhədçi" ilə üz-üzə gəlib. Xaçmaz basketbolçuları 34 xal fəqri ilə qalib gəliblər - 104:70
Qeyd edək ki, hər 2 oyun "Sərhədçi" İdman Mərkəzində baş tutub.
0
0