“Fənərbaxça”dan böyükhesablı qələbə
10.03.2024 - 23:11

"Fənərbaxça” növbəti matçını keçirib.
Apasport.az xəbər verir ki, komanda Türkiyə Super Liqasının 29-cu turunda “Pendikspor”u 4:1 hesabı ilə məğlub edib.
“Fənər” autsayderlə oyuna yaxşı başlamayıb. Qonaqlar fasiləyə 1:0 hesabı ilə üstün yollanıblar. İkinci hissədə hücumlarının kəsərini artıran istanbullular 4 qol vurublar. Xalını 76-ya yüksəldən “Fənərbaxça” “Qalatasaray”la aradakı fərqi qoruyub. Liderin hesabında 78 xal var.
0
0