Millimiz Koşitsedə meydana çıxıb - FOTO
07.09.2024 - 20:01

Futbol üzrə Azərbaycan milli komandası sabah növbəti matçını keçirəcək.
Millətlər Liqasının C1 qrupunda mübarizə aparan yığmamız Slovakiya seçməsi ilə qarşılaşacaq.
Apasport.az-ın misli.az-ın dəstəyi ilə Slovakiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, komandamız bu gün Koşitse şəhərində oyunöncəsi məşqə çıxıb. Hazırlıq prosesini AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və qurum rəsmiləri də izləyib. Yığmada ab-hava yüksək səviyyədədir.
0
0