Akrobatlarımız dünya çempionatında qızıl medal qazandı
21.09.2024 - 21:28

Gimarayşda akrobatika üzrə dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan yığması növbəti uğura imza atıb.
Daniel Abbasov-Murad Rəfiyev cütlüyü fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Balans hərəkətləri zamanı gimnastlarımız 28,540 bal toplayaraq qızıl medala yiyələniblər.
Qeyd edək ki, bunadək Daniel Abbasov-Murad Rəfiyev daha bir qızıl, millimiz isə komanda yarışlarında gümüş medala sahib çıxıb.
0
0