“Formula 1”: “Maklaren”dən ardıcıl 2-ci çempionluq
22.09.2024 - 19:08

"Formula 1" üzrə dünya çempionatının Sinqapur Qran-prisi sona çatıb.
Apasport.az xəbər verir ki, yarışın qalibi yenə "Maklaren" olub.
Lando Norris bütün rəqiblərini qabaqlayıb.
İlk 3-lüyü "Red Bull"dan Maks Ferstappen və Norrisin komanda yoldaşı Oskar Piastri tamamlayıb.
Qeyd edək ki, Lando mövsümdə 3-cü qələbəsini qazanıb.
0
0