"Azərreyl" liderliyini davam etdirir
29.02.2024 - 00:25

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.
Apasport.az xəbər verir ki, görüş GİN-nin Voleybol Mərkəzində baş tutub.
Lider “Azərreyl” “Neftçi”ni qonaq edib. Meydan sahibləri inamlı qələbə qazanıb - 3:0 (25:19, 25:19, 25:22). "Dəmiryolçular" hər 3 setdə rəqiblərini məğlub ediblər. Bu qələbədən sonra komanda ən yaxın izləyicisi ilə xal fərqini 9-a yüksəldib.
Qeyd edək ki, turun digər oyunu sabah keçiriləcək.
0
0