Alkarasın "Yuventus"a keçidi rəsmiləşdi
01.02.2024 - 00:45

"Yuventus" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Turinlilər "Sauthempton"un yarımmüdafiəçisi Karlos Alkarası icarəyə götürüb. Futbolçu 2024-cü il iyunun 30-dək "qoca sinyora"nın şərəfini qoruyacaq.
Qeyd edək ki, o, bu mövsüm 26 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
0
0