Almaniya millisində ciddi itki
10.09.2024 - 00:28

Almaniya yığmasında ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, millinin hücumçusu Niklas Füllkruq zədələnib.
O, Millətlər Liqasının qrup məhələsinin 2-ci turunun Niderlandla görüşündə xəsarət alıb. 31 yaşlı futbolçu zədə səbəbindən komandasının düşərgəsini tərk edib.
Qeyd edək ki, Füllkruq I turun Macarıstanla qarşılaşmasında (5:0) fərqlənmişdi.
0
0