Ançelotti “300”ə çatdı
25.09.2024 - 00:42

Karlo Ançelotti yubileyini qeyd edib.
Apasport.az xəbər verir ki, mütəxəssis "Real"la 300-cü matçını keçirib.
O, buna La Liqanın 7-ci turunun "Alaves"lə oyununda nail olub. İtaliyalıya bu rəqəmə çatmaq üçün 6 mövsüm kifayət edib.
Komanda 300 matçda 217 qələbə qazanıb, 39 dəfə məğlub olub. Görüşlərin 43-ü isə heç-heçə nəticələnib.
0
0