"Barselona" Kimmixdən imtina etdi
10.01.2024 - 19:23

"Barselona" "Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmixdən imtina edib.
Apasport.az xəbər verir ki, kataloniyalılar onun transferi uğrunda mübarizədən çəkilib.
Almaniyalı futbolçu 2024-cü ilin yayında "Barselona"ya keçməyəcək. Coşuanın gələcəyi hələ ki, qeyri-müəyyəndir. Onun qarşısında iki variant var: ya "Bavariya" ilə müqaviləsini uzadacaq, ya da karyerasını PSJ-də davam etdirəcək.
Qeyd edək ki, daha əvvəl mətbuatda "Barselona"nın yeni yarımmüdafiəçi axtarışına çıxdığı ilə bağlı xəbərlər yayılıb.
0
0