“Barselona”dan ardıcıl 6-cı qələbə
22.09.2024 - 23:53

İspaniya La Liqasının VI turunun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, çempionatın lideri "Barselona" səfərdə “Vilyarreal”ın qonağı olub.
Kataloniyalılar bu matçda da xal itirməyib. Komanda rəqibini darmadağın edib - 5:1.
"Barselona"nın heyətində Robert Levandovski və Rafinya dubl ediblər. Digər topa isə Pablo Torre imza atıb. "Vilyarreal"da isə Axose Peres fərqlənib.
Qeyd edək ki, “Barselona” 18 xalla turnir cədvəlində birincidir.
0
0