“Bavariya”da yeni müqavilə
06.03.2024 - 19:38

"Bavariya” Matis Telli komandada saxlayıb.
Apasport.az xəbər verir ki, klub futbolçu ilə müqavilə müddətini uzadıb.
Hücumçu ilə yeni anlaşma 2028/29 mövsümünün sonuna kimi nəzərdə tutulub. O, "Mançester Yunayted"in marağına baxmayaraq, komandada qalmağı seçib.
Qeyd edək ki, forvard 2022-ci ilin yayından "Bavariya"nın əsas heyətində çıxış edir.
0
0