Dovbik dekabrın ən yaxşısı seçildi
05.01.2024 - 22:52

La Liqada dekabrın ən yaxşısı bəlli olub.
Apasport.az xəbər verir ki, bunu çempionatın rəsmi saytı açıqlayıb.
Bu mükafata "Jirona"nın hücumçusu Artyom Dovbik layiq görülüb. Ukraynalı ötən ay La Liqada 4 oyun keçirib və 3 qol vurub.
Qeyd edək ki, "Jirona" İspaniya çempionatında 2-ci pillədə qərarlaşıb.
0
0