Harri Keynə xüsusi hədiyyə
09.09.2024 - 22:34

İngiltərə yığmasının hücumçusu Harri Keynə xüsusi hədiyyə təqdim ediləcək.
Apasport.az xəbər verir ki, ona qızıl papaq veriləcək.
Buna səbəb forvardın millidə 100-cü oyununu keçirməsidir. Millətlər Liqasında Finlandiya ilə qarşılaşma Keyn üçün əlamətdar olacaq. Yubiley oyunundan əvvəl mükafatlandırma mərasimi təşkil ediləcək.
Qeyd edək ki, matç sabah saat 22:45-də "Uembli" stadionunda start götürəcək.
0
0