"Mançester Yunayted"də 3 yeni müqavilə
04.01.2024 - 23:23

"Mançester Yunayted" üç futbolçusunu komandada saxlayıb.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
"Qırmızı şeytanlar" Aaron Van-Bissaka, Viktor Lindelöf və Hannibal Mecbri ilə müqavilə imzalayıb. İngiltərəlilər oyunçuların sözləşmələrində yer alan anlaşmanı uzatmaq variantlarını aktivləşdirib.
Qeyd edək ki, futbolçularla yeni müqavilələr 2025-ci ilin yayına qədər qüvvədədir.
0
0