Messi "840"a çatdı
15.09.2024 - 15:32

"İnter Mayami”nin hücumçusu Lionel Messi daha bir uğura imza atıb.
Apasport.az xəbər verir ki, o, peşəkar karyerasında 840-cı qolunu vurub.
Superulduz buna “Filadelfiya” ilə matçda (2:1) nail olub. Argentinalı dörd dəqiqəyə dubl edərək bu rəqəmə çatmağı bacarıb.
Qeyd edək ki, Messi iyulun 14-də Kolumbiya ilə Amerika kubokunun final oyununda (1:0) aldığı topuq zədəsindən sonra ilk dəfə meydana çıxıb.
0
0