"Milan"dan yeni transfer
08.01.2024 - 23:20

"Milan" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
"Rossonyerilər" "Verona"nın müdafiəçisi Filippo Terrasianonu transfer edib. Arxa xətt oyunçusu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, artıq onun yeni komandasındakı forma nömrəsi də bəllidir. Futbolçu 38 nömrəli formanı geyinəcək.
0
0