Peycin taleyinə aydınlıq gəldi
27.03.2024 - 23:41

Rob Peycin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, Uels Futbol Federasiyası onunla əməkdaşlığı davam etdirməyə qərar verib.
Komanda AVRO-2024-ün final mərhələsindən kənarda qalıb. “Əjdahalar” pley-offun finalında penalti seriyasında Polşaya uduzub. Peycin ölkə federasiyası ilə 2026-cı ilə kimi müqaviləsi var.
Qeyd edək ki, 50 yaşlı mütəxəssis 2020-ci ildən ölkə yığmasına başçılıq edir.
0
0