Poçettino ABŞ millisində - RƏSMİ
11.09.2024 - 10:38

Maurisio Poçettinonun yeni iş yeri müəyyənləşib.
Apasport.az xəbər verir ki, o, ABŞ millisinin baş məşqçisi postuna təyin olunub.
Bunu yığmanın mətbuat xidməti açıqlayıb. Argentinalı mütəxəssis komandanı DÇ-2026-ya hazırlayacaq.
Qeyd edək ki, Poçettinonun son klubu "Çelsi" olub.
0
0