PSJ-nin Simons planı
10.02.2024 - 23:54

PSJ Xavi Simonsla bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, klub onu heyətində saxlamağı planlaşdırır.
Parislilər niderlandlıya yeni müqavilə təklif etmək niyyətindədir. Yeni sözləşmə 2028-ci ilə qədər nəzərdə tutulacaq..
Qeyd edək ki, bu mövsüm Simons icarə əsasında "Leypsiq"də çıxış edir. O, burada 29 oyun keçirib, 7 qol vurub və 9 məhsuldar ötürmə verib.
0
0