“Qalatasaray”dan darmadağın
15.09.2024 - 00:11

Türkiyə Super Liqasında 5-ci tura start verilib.
Apasport.az xəbər verir ki, "Qalatasaray" "Rizespor"la qarşılaşıb.
Görüş tamamilə "sarı-qırmızılar"ın üstünlüyü ilə keçib. İstanbul təmsilçisi 5:0 hesablı qələbəyə sevinib.
Komandanın qollarına Davinson Sançez, Abdülkerim Bardakçı, Qabriel Tamaş, Dris Mertens və Barış Alper Yılmaz imza atıb.
Qeyd edək ki, 4 turdan sonra yoluna itkisiz davam edən "Qalatasaray" 1-ci pillədə qərarlaşıb.
0
0