"Roma" De Rossinin rəhbərliyi altında ilk məğlubiyyətini aldı
10.02.2024 - 23:24

İtaliya A Seriyasında 24-cü turun matçları keçirilir.
Apasport.az xəbər verir ki, "Roma" "İnter"i qəbul edib.
Görüşdə qapılara 6 qol vurulub. "Canavarlar" ilk hissəni 2:1 öndə tamamlasa da, sonda "neradzurri" əzmkar qələbə qazanıb - 4:2.
Qeyd edək ki, "İnter" 60 xalla turnir cədvəlinə başçılıq edir. "Roma" isə 38 xalla 5-ci pillədə qərarlaşıb.
0
0