Ronaldo Messini geridə qoydu
17.02.2024 - 22:31

Kriştiano Ronaldo daha bir uğura imza atıb.
Apasport.az xəbər verir ki, o, penaltilər istisna olmaqla, vurulan qolların sayında Lionel Messini qabaqlayıb.
"Əl-Nəsr"in forvardı Səudiyyə Ərəbistanı Premyer Liqasının 20-ci turunun "Əl-Fateh"lə oyunun 17-ci dəqiqəsində hesabı açıb. Bununla da, superulduz oyundan 714-cü dəfə fərqlənib. “İnter Mayami”də çıxış edən argentinalının aktivində isə 713 belə qol var.
Qeyd edək ki, ümumilikdə Ronaldo 1206 matçda 875, Messi isə 1047 oyunda 821 dəfə adını tabloya yazdırıb.
0
0