Ronaldo üçün yeni mükafat
04.01.2024 - 22:52

Kriştiano Ronaldo daha bir titula layiq görüləcək.
Apasport.az xəbər verir ki, o, Maradona mükafatına sahib çıxacaq.
"Əl-Nəsr"in hücumçusu 2023-cü ilin bombardiri olduğu üçün bu titula yiyələnəcək. O, 19 yanvarda keçiriləcək "Globe Soccer Awards"da mükafatlandırılacaq.
Qeyd edək ki, superulduz ötən il ümumilikdə 54 qol vurub.
0
0