Salah məşqlərə qayıtdı
13.02.2024 - 23:25

"Liverpul"un hücumçusu Məhəmməd Salahın durumu bəlli olub.
Apasport.az xəbər verir ki, o, zədəsini bərpa edib.
Futbolçu Premyer Liqanın 25-ci turunun "Brentford"la oyununun hazırlıq prosesinə qoşulub. Forvard komandandanın ümumi məşq prosesində iştirak edib.
Qeyd edək ki, misirli Qana ilə Afrika Millətlər Kubokunun qrup mərhələsinin 2-ci tur matçında zədələnmişdi.
0
0