Sulşer İsveç millisindən imtina etdi
13.01.2024 - 19:55

"Mançester Yunayted"in sabiq baş məşqçisi Ole-Qunnar Sulşer İsveç millisindən təklif alıb.
Apasport.az xəbər verir ki, lakin çalışdırıcı skandinavlara rəhbərlik etməkdən imtina edib.
Mütəxəssis daha 2 təklifi də rədd edib. O, "Beşiktaş" və "Sevilya"dan gələn dəvətləri də qəbul etməyib.
Qeyd edək ki, norveçli 2021-ci ilin noyabrından işsizdir.
0
0