Torres bir ay yaşıl meydanlardan uzaq qala bilər
01.02.2024 - 00:02

"Barselona"da ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, Ferran Torres La Liqanın 20-ci turunun "Almeriya" ilə oyununda zədələnib.
O, bu səbəbdən bir ayı buraxa bilər. Həkimlər Ferranın bud əzələsinin yırtılmasından şübhələnirlər.
Qeyd edək ki, hücumçu tezliklə tibbi müayinədən keçəcək.
0
0