"Tottenhem"də yeni müqavilə
02.01.2024 - 21:44

"Tottenhem" yarımmüdafiəçi Pape Matar Sarrı heyətində saxlayıb.
Apasport.az xəbər verir ki, londonlular onunla müqavilənin müddətini uzadıb. Bunu klubun mətbuat xidməti açıqlayıb. 21 yaşlı seneqallının yeni sözləşməsi 2030-cu ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, yarımmüdafiəçi 2021-ci ildən "Tottenhem"də çıxış edir. Bu mövsüm o, londonluların heyətində bütün turnirlərdə 19 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə verib.
0
0