Yunanıstanı Fransaya dəyişdi
02.01.2024 - 23:16

"Monako"da ayrılıq baş verib.
Apasport.az xəbər verir ki, Gelson Martins komandanı tərk edib.
O, karyerasını "Olimpiakos"da davam etdirəcək. Bunu Yunanıstan klubunun mətbuat xidməti açıqlayıb. 28 yaşlı portuqaliyalı ilə 2026-cı ilə qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Martins 2019-cu ildən "Monako"nun şərəfini qoruyub. O, komandanın heyətində 129 oyun keçirib, 16 qol vurub və 14 məhsuldar ötürmə verib.
0
0