"Beşiktaş" kapitanı ilə müqavilə yeniləyib
17.02.2025 - 15:31
"Beşiktaş" kapitanı ilə müqavilə yeniləyib

Super Liqa təmsilçilərindən "Beşiktaş" kapitanı Necip Uysalla müqavilə yeniləyib.

Apasport.az xəbər verir ki, 34 yaşlı futbolçu ilə 2026-2027 mövsümünün sonuna qədər sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Türkiyə millisinin sabiq üzvü bu mövsüm cəmi 1 matçda meydana çıxıb. 

Təcrübəli oyunçu hazırda zədəlidir. O, bir müddət öncə çapraz bağ yırtığı səbəbilə əməliyyat olunmuşdu. 

Qeyd edək ki, Uysal 2008-ci ildən "qara qartallar"ın əsas komandasında çıxış edir. O, “Beşiktaş”ın heyətində dörd dəfə Superliqa, dörd dəfə Türkiyə Kuboku, iki dəfə Superkubokun qalibi olub.