“Fənərbaxça” Türkiyə kuboku ilə vidalaşdı
28.02.2024 - 09:52

Ziraat Türkiyə Kubokunun 1/4 final mərhələsində "Ankaragücü" və "Fənərbaxça" üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, qarşılaşmada 3:0 hesabı ilə qalib gələn "Ankaragücü" kubokun yarımfinalına yüksələn tərəf olub.
Beləliklə, “bülbüllər” Türkiyə çempionatında “Qalatasaray”la çempionluq uğrunda və Konfrans Liqasının pley-off mərhələsində mübarizə ilə kifayətlənəcəklər.
Xatırladaq ki, "Fənərbaxça" ötən mövsüm Jorje Jesusun rəhbərliyi ilə sözügedən kuboku qazanıb.
Qeyd edək ki, "Ankaragücü"nün rəqibi "Beşiktaş" - "Konyaspor" matçının qalibi olacaq.
- Makkolumdan 43 xal, "Pelikans"dan möhtəşəm qələbə - VİDEO
- ÇL: PSJ "Liverpul"a, "Real" "Atletiko"ya rəqib oldu - YENİLƏNİB
- "Trabzonspor" "Yuventus"u məğlub etdi, "Atalanta" ilə rəqib oldu
- Türk hakimin ÇL matçındakı qərarı hər kəsi qəzəbləndirdi
- “Benfika” və “Bavariya” səfərdə, “Feyenoord” isə evdə qalib gəldi - YENİLƏNİB
0
0