Hacıosmanoğlu ilk dəfə "Qalatasaray"-"Fənərbaxça" derbisinin hakimi ilə bağlı danışıb
17.02.2025 - 11:11
Hacıosmanoğlu ilk dəfə "Qalatasaray"-"Fənərbaxça" derbisinin hakimi ilə bağlı danışıb

Türkiyə Super Liqasının 25-ci həftəsində keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" derbisinin baş hakimi ilə bağlı müzakirələr davam edir.

Apasport.az xəbər verir ki, TFF prezidenti İbrahim Hacıosmanoğlu İstanbul derbisinin hakimi ilə bağlı ilk dəfə açıqlama verib.

TFF prezidenti İstanbul derbisinin baş hakimi ilə bağlı nə deyib? 

Hacıosmanoğlu heç bir klubun əcnəbi hakim üçün TFF-yə rəsmi müraciət etmədiyini bildirib:

"Əgər hər iki klubdan da eyni təklif - xarici baş hakim tələbi gələrsə, bunu oturub müzakirə edə bilərik. İndiyə qədər nə "Fənərbaxça", nə də "Qalatasaray" bu barədə bizə yazılı müraciət ünvanlamayıb".

"Fənərbaxça" niyə əcnəbi hakim tələb edir?

Xüsusilə, mövsümün əvvəlindən "Fənərbaxça" "Qalatasaray"la matça xarici hakimin təyin edilməsini tələb edirdi. Klub rəhbərliyi, yerli hakimlərin bəzi qərarlarından narazı qaldıqlarını və bu səbəbdən əcnəbi hakimlərin daha obyektiv idarəçilik təmin edəcəyini düşünür.

"Qalatasaray" - "Fənərbaxça" derbisi nə vaxt keçiriləcək?

Qeyd edək ki, "Rams Park"da keçiriləcək qarşılaşma fevralın 24-ü Bakı vaxtilə saat 21:00-da start götürəcək.