"Qalatasaray" - "Fənərbaxça" derbisi təxirə salınacaq?
20.02.2025 - 11:11
"Qalatasaray" - "Fənərbaxça" derbisi təxirə salınacaq?

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında bu axşam "Qalatasaray" Hollandiya təmsilçisi "AZ Alkmaar"ı qəbul edəcək.

Apasport.az xəbər verir ki, ilk matçda 4:1 hesabı ilə uduzan "sarı-qırmızılılar" tarixi geridönüşlə növbəti mərhələyə yüksəlməyə çalışarkən, dünən İstanbulda başlayan qar "Qalatasaray"ın matç öncəsi planlarını dəyişib.

Belə ki, İstanbula təsir edən qar fırtınası görüşün baş tutmasına təhlükə yarada bilər. "RAMS Park"da qara qarşı tədbirlər matç saatına qədər davam edəcək.

Bu gün güclü qar yağacağı gözlənilsə də, "Qalatasaray" rəhbərliyi matçın oynanmasını təmin etmək üçün müvafiq tədbirlər görüb. 

Meydanın ot örtüyü brezentlə örtüləcək. Qartəmizləyən maşınlar meydanın kənarında hazır vəziyyətdə saxlanılacaq, istilik sistemləri və işıqlar isə hər zaman aktiv olacaq. 

Qarşılaşma vaxtı qar daha da güclənərsə, matçın təxirə salınma ehtimalı var. 

Qeyd edək ki, "Alkmaar"la matçın təxirə salınması Super Liqada fevralın 24-ü keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" derbisinə də təsir edə bilər.