"Qalatasaray" - "Fənərbaxça" derbisini bu hakim idarə edəcək - Rəsmi
20.02.2025 - 12:02

Türkiyə Super Liqasının XXV turunda keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" oyununu idarə edəcək hakim müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə TFF məlumat yayıb.
"Qalatasaray" - "Fənərbaxça" derbisi sloveniyalı referi Slavko Vinçiçə tapşırılıb.
Vinçiç daha əvvəl "Qalatasaray" və "Fənərbaxça"nın oyunlarını idarə edib?
Vinçiç 2018-ci ildə Çempionlar Liqasının təsnifat mərhələsində "Fənərbaxça" - "Benfika" (1:1) matçını idarə etmişdi. Sloveniyalı 2019-cu ildə isə Çempionlar Liqasının A qrupunun ilk həftəsinin "Brügge" - "Qalatasaray" (0:0) matçında start fitini səsləndirmişdi.
0
0