Menyanın durumuna aydınlıq gəldi
18.09.2024 - 19:41

"Milan"ın qapıçısı Mayk Menyanın durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, o, ciddi zədədən qurtulub.
Qolkiper Çempionlar Liqasının I turunun "Liverpul"la oyununda xəsarət alıb. Fransalı 51-ci dəqiqədə Lorenzo Torryani ilə əvəzlənib.
Buna baxmayaraq Menyan dizindən yüngül zədə alaraq ciddi travmadan xilas olub. O, yaxın müddətdə yenidən yaşıl meydanlara qayıda biləcək.
Qeyd olunur ki, Mayk A Seriyasının 5-ci turunun "İnter"lə oyununu buraxacaq.
0
0