Messi ötən ayın ən yaxşısı seçildi
03.05.2024 - 20:00

"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-də ayın ən yaxşı oyunçusu seçilib.
Apasport.az xəbər verir ki, aprel ayında 36 yaşlı argentinalı 4 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
Xatırladaq ki, fevral-mart aylarının ən yaxşı oyunçusu mükafatı “İnter”in digər hücumçusu Luis Suaresə verilib.
0
0