Neymar sabiq klubuna qayıtmaq istəyir
08.11.2024 - 15:21

Səudiyyə Ərəbistanı klublarından “Əl Hilal”ın futbolçusu Neymar qışda klubunu tərk edə bilər.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, braziliyalı hücumçu sabiq klubu “Santos”a qayıtmaq istəyir.
“Əl Hilal” rəhbərliyi oyunçunun tez-tez sıradan çıxmasından narazıdır.
Uzunmüddətli zədədən sonra noyabrın 4-də “İstiqlal”la matçda yenidən zədələnən Neymar azı 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
0
0