
UEFA Avropa Liqasının əsas mərhələsi çərçivəsində keçirilən görüşlərdə ən çox qol və məhsuldar ötürmə edən futbolçuların siyahısı açıqlanıb.
Apasport.az xəbər verir ki, turnirin geridə qalan 6 turdan sonra “Qalatasaray” klubunun 2 futbolçusu zirvədə yer alıb.
Yunus Akgün vurduğu 5 qolla Rasmus Hoylund (“Mançester Yunayted”), Samu (“Porto”) və Barnabas Varqa (“Ferençvaros”) ilə zirvəni paylaşır.
Dris Mertens isə 5 məhsuldar ötürmə ilə bu göstəricidə turnirin ən yüksək pilləsində yer alıb.
Qeyd edək ki, “Qalatasaray” klubu UEFA Avropa Liqasının əsas mərhəlisinin VI turundan sonra 12 xalla turnir cədvəlinin 6-cı sırasında qərarlaşıb.