
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul olunub.
13 fevral 2025-ci il tarixində I Liqada XIV turun “İmişli” – “Qəbələ” oyununun 49-cu dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Amil Ağacanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Qəbələ” komandası 100 manat cərimə edilsin (maddə 42.4);
13 fevral 2025-ci il tarixində I Liqada XIV turun “İmişli” – “Qəbələ” oyununun 58-ci dəqiqəsində “İmişli” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “İmişli” komandasına xəbərdarlıq edilsin (maddə 43.7);
14 fevral 2025-ci il tarixində I Liqada XIV turun “Zaqatala” – “Difai” oyununda “Difai” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Difai” komandası 70 manat cərimə edilsin (maddə 37).