Flik ən yaxşı adına layiq görüldü
24.02.2025 - 23:28

İspaniya La Liqasında fevral ayının ən yaxşı baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, bu ada Hans-Diter Flik layiq görülüb.
"Barselona"nın çalışdırıcısı Xose Bordalas (“Xetafe”) və Karlos Korberanı (“Valensiya”) geridə qoyub. Onun rəhbərliyi altında komanda bu ay 4 oyunda 4 qələbə qazanıb.
Qeyd edək ki, "Barselona" 54 xalla turnir cədvəlində 1-ci sırada qərarlaşıb.
0
0