MOK rəsmiləri Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasında iştirak edirlər
01.03.2025 - 15:08
MOK rəsmiləri Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasında iştirak edirlər

Almaniyanın Frankfurt şəhərində Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyası keçirilir.

Apasport.az xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Baş katib Azər Əliyev və MOK-un xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edirlər.

Tədbir çərçivəsində Milano-Kortina 2026 Qış Olimpiya Oyunları, İstanbul 2027 Avropa Oyunları və AOK-un “Strategiya Gündəliyi - 2030” kimi vacib mövzular gündəmdədir.

Bundan əlavə, “Ən yaxşı avropalı gənc atlet” üçün “Pyotr Nurovski” mükafatı və Avropa Olimpiya Komitəsinin “Olimpiya çələngi” mükafatı təqdim ediləcək.