"Neftçi” yarımfinala vəsiqə qazandı - YENİLƏNİB
28.02.2025 - 21:22
"Neftçi” yarımfinala vəsiqə qazandı - YENİLƏNİB

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Apasport.az xəbər verir ki, turun son matçında “Neftçi” “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib.

Görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. Oyunda hesabı Bassalu Sambu açıb. Bununla da, komanda yarımfinala yüksəlib.

"Neftçi"nin növbəti mərhələdəki rəqibi "Sabah" olacaq.

Azərbaycan Kuboku 

1/4 final, cavab oyunları

28 fevral

19:30. “Neftçi” – “Kəpəz” 1:0
Qol: B. Sambu, 27

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov.

"Neftçi Arena"

İlk oyun - 2:0.