“Naxçıvan” “Sabah”ı məğlub etdi
28.02.2025 - 20:58
“Naxçıvan” “Sabah”ı məğlub etdi

Azərbaycan Basketbol Liqasında XV tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün A qrupunda turun son matçı keçirilib.

Günə “Naxçıvan”la “Sabah” arasında matçla yekun vurulub. Çempion mövsümdə 4-cü dəfə uduzub. Oyun 85:82 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, turun sabah keçiriləcək son oyununda B qrupunun komandaları “Şəki” və “Lənkəran” üz-üzə gələcək.

Azərbaycan Basketbol Liqası
XV tur, 28 fevral

A qrupu
19:00. “Naxçıvan” – “Sabah” - 85:82 (24:21, 28:20, 20:22, 13:19)
Sərhədçi İM