Renat Azərbaycan klublarından son anda imtina edib - Ölkəyə gəlirmiş
26.02.2025 - 16:30

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun “Radomyak”a keçidi son anda baş tutub.
Apasport.az saytına verilən məlumata görə, Almaniya və İsveçrədən istədiyi təklifləri almayan forvard ilk öncə Azərbaycana gəlməyə qərar verib.
O, “Sabah” və “Qarabağ”a transfer olmaq barədə düşünüb.
Amma son anda “Radomyak”dan gələn sərfəli təklif Dadaşovun fikrini bir anda dəyişib. Belə ki, Renat dərhal Polşaya uçaraq tez bir zamanda yeni klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, onun “Radomyak”la sözləşmə müddəti 6 ay+1 illikdir.
0
0