“Neftçi”dən inamlı qələbə
26.02.2025 - 21:25
“Neftçi”dən inamlı qələbə

Bu gün Azərbaycan Basketbol Liqasında XV tura start verilib.

Apasport.az xəbər verir ki, milli komandaların görüşləri ilə əlaqədar yaranan fasilədən sonrakı ilk oyun günündə bir matç baş tutub.

Yeganə qarşılaşma A qrupunda keçirilib. Turnir cədvəlindəki qonşular “Neftçi” və “Abşeron” qarşılaşıb. Oyun Bakı İdman Sarayında təşkil olunub. Görüş "ağ-qaralar"ın üstünlüyü ilə keçib. Bütün dövrlərdə rəqibini üstəyən "Neftçi" 80:58 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
XV tur
26 fevral

A qrupu
19:00. “Neftçi” – “Abşeron” - 80:58 (19:18, 20:14, 23:9, 18:15)

Bakı İS