Paralimpiya çempionumuz yeniyetmələrə master klass keçəcək
29.10.2024 - 11:33

Azərbaycanın paralimpiya çempionu İmaməddin Xəlilov yeniyetmələrə master klass keçəcək.
Apasport.az xəbər verir ki, dünya və Avropa çempionatlarının qızıl mükafatçısı Azərbaycan Taekvondo Federasiyanın məşq zalında 6 yaşdan 16 yaşa qədər parataekvondoçulara "ustad dərsi" keçəcək.
Təlim oktyabrın 30-da, saat 16:30-da başlayacaq.
"Ustad dərsi" zamanı parataekvondonun fəlsəfəsi, fundamental texnikalar, fəndlərin yerinə yetirilməsi də daxil olmaqla müxtəlif mövzular əhatə olunacaq.
0
0